qaya

 

 

 

    Abunə şöbəsi “Qaya” Mətbuat Yayımının aparıcı şöbəsi olmaqla bərabər qəzet və jurnalların abunəçiyə çatdırılmasında analoqu olmayan yeni xidmət sahəsidir. Abunə xidmətinin bir sıra üstün cəhətləri var ki, bunlara: abunəçidən  abunə olduğu nəşrlərin pulunun əvvəlcədən alınmaması, qəzet və jurnalların çatdırılma vaxtının abunəçi tərəfindən təyin olunması, abunənin müddətsiz olması, abunəçinin istənilən vaxt  aldığı qəzet və jurnalların siyahısında dəyişiklik etməsinin mümkünlüyü aiddir.

        Qəzet və jurnalların abunəçiyə operativ çatdırılması üçün Bakı şəhəri 20 sektora bölünüb, hər bir sektorun təlimatçısı və press-kuryerləri var. Qəzet və jurnallar çeşidləmə mərkəzində bölündükdən sonra səhər saat  07-00-a qədər bütün sektorlara çatdırılır. Təlimatçı abunə filialına daxil olan qəzet və jurnalları  press-kuryerlər arasında bölür və onların abunəçilərə çatdırılmasına nəzarət edir. 25 minə yaxın abunəçiyə xidmət göstərən “Qaya” Mətbuat Yayımı özünün iş fəaliyyətində hər bir abunəçisinin arzu və istəklərini rəhbər tutur. Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlar, səfirliklər bizim abunəçilərimizdir.

 

Abunə olmaq üçün 465-67-13: 441-31-12: 441-35-33  nömrələrinə zəng etməniz kifayətdir.

 

© 2007 / Qaya  mətbuat yayımı
Bakı şəhəri, H. Əliyev küc, 82q

Tel.:465-67-13, 441-31-12,441-35-33

Fax: 465-67-13  E-mail: abune@qaya.az